img

Hüquqi müqavilələrinizi sürətli və etibarlı şəkildə rəqəmsal imzalayın!

AnyDoc – hüquqi sənədlərinizi sürətli və etibarlı şəkildə hazırlayıb rəqəmsal imzalamağa imkan verən innovativ platformadır.
img img

Anydoc bütün münasibətləri dəstəkləmək imkanına malikdir

img
Şəxslərarası hüquqi
münasibətlər
img
Biznes-müştəri arasında
hüquqi münasibətlər
Tezliklə
img
Bizneslərarası
hüquqi münasibətlər

Fərqimiz - Niyə biz?

img

Hüquqi qüvvəyə malik imza

SİMA vasitəsilə imzalanan müqavilələr məhkəmə və dövlət orqanları qarşısında tam hüquqi qüvvəyə malikdir.
img

Sənədlərin interaktiv imzalanması

Anydoc platformasının əsas üstünlüklərindən biridə onun bir neçə dəqiqə ərzində qarşılıqlı imzalana bilməsidir.
img

Xərclərə qənaət

Notarius rüsumlarına ehtiyac olmadan daha əlverişli və sərfəli qiymətlər təklif edirik.
img

Sənədlərin fərdiləşdirilməsi

Anydoc platformasında sənədlər dinamik şəkildə istənilən vaxt ərzində fərdi qaydada dəyişdirilə bilər. Beləliklə platforma Sizlərə unikal olaraq sənədlərin dinamik fərdiləşdirilməsi imkanı verir.
img

Sənədlərin avtomatlaşdırılması

Anket məlumatlarınızı daxil edin və şəxsi məlumatlarınız avtomatik olaraq sənədlərə inteqrasiya edilsin.
img

Sürətli proses

Notarius tələb olunmadan bütün proseslər bir tətbiq vasitəsilə idarə olunur.

Necə işləyir?

1

Müqaviləni hazırla

Tətbiqdə müqavilə şablonunu seç və ya sıfırdan yarat. Lazımi məlumatları əlavə et.
2

Göndər və təsdiq al

Müqaviləni qarşı tərəfə göndər. Qarşı tərəf sənədi nəzərdən keçirib təsdiqləyir.
3

İmzala və bitir

Qarşı tərəf sima tanıma və ya elektron imza ilə imzalayır, müqavilə tam hazırdır!

Tez-tez verilən suallar

AnyDoc nədir və hansı məqsədlə istifadə olunur?
AnyDoc hüquqi sənədlərin elektron qaydada hazırlanması, rəqəmsal imzalanması və təhlükəsiz şəkildə saxlanması üçün nəzərdə tutulmuş onlayn platformadır. Anydoc mobil tətbiqi vasitəsilə istənilən hüquqi sənədi evdən çıxmadan, bir neçə dəqiqəyə rəqəmsal şəkildə hazırlayıb imzalamaq mümkündür.
AnyDoc ilə imzalanan sənədlər hüquqi qüvvəyə malikdirmi?
Bəli. AnyDoc üzərindən SİMA rəqəmsal imza ilə imzalanan sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi qüvvəyə malik sayılır və məhkəmələr və dövlət orqanları tərəfindən tanınır.
Hansı sənədləri AnyDoc ilə imzalamaq mümkündür?
Hazırda AnyDoc aşağıdakı müqavilə növlərini avtomatik formalaşdırır və SİMA ilə imzalanmağa hazır vəziyyətdə təqdim edir:
Borc • İcarə (kirayə) • Xidmət (podrat) • Zaminlik • Lizinq • Tapşırıq • Komissiya • Ticarət agenti • Məxfilik • Saxlama • Daşıma • Dəyişdirmə.
Necə işləyir? Addımaddım nə etməliyəm?
Tətbiqə və ya vebsayta daxil olun - İstədiyiniz sənəd formasını seçin – məlumatları doldurun (sistem avtomatik uyğun sənədi formalaşdırır) - SİMA ilə imzalayın - Sənədi yükləyin və istifadə edin
Təhlükəsizlik necə təmin olunur?
Sənədlər təhlükəsiz sistemində saxlanılır, yalnız sizə aid giriş vasitəsilə əldə edilə bilər.
Rəqəmsal imza (SİMA) məndə yoxdursa, tətbiqi istifadə edə bilərəmmi?
Hazırda hüquqi sənədlərin rəsmiləşdirilməsi üçün SİMA imzası tələb olunur. SİMA-nız yoxdursa, “SİMA İmza” mobil tətbiqini (App Store/Google Play) yükləyərək qeydiyyatdan keçə bilərsiniz. Platformada bu barədə yönləndirmələr mövcuddur.
Hüquqi sənədlərin hazırlanması üçün hər iki tərəf SİMA İmza və AnyDoc tətbiqlərini yükləməli və aktiv rəqəmsal imzaya sahib olmalıdırmı?
Bəli. AnyDoc üzərindən hazırlanan sənəd yalnız hər iki tərəfin SİMA İmza mobil tətbiqini yükləyərək qeydiyyatdan keçib aktiv rəqəmsal imza əldə etməsi və AnyDoc mobil tətbiqini yükləyərək hesab açması şərtilə hüquqi qüvvəyə malik olur.
AnyDoc xidmətindən istifadə ödənişlidirmi?
Bəli, bütün sənəd növləri üçün sərfəli tariflər tətbiq olunur. Qiymət siyasəti şəffafdır və hər bir sənəd üçün ayrıca mobil tətbiqində “Tariflər” bölümündə göstərilir.
İmzalanmış sənədi necə əldə edə bilərəm?
Sənədi imzaladıqdan sonra sizə PDF formatında yükləmə və ya e-poçtla göndərmə imkanı təqdim olunur. Arxivdə saxlanıldığından, istənilən vaxt şəxsi kabinetinizdən də əldə edə bilərsiniz.
Əgər səhv məlumat doldursam, sənədi necə yeniləyə bilərəm?
Sənəd imzalanmadan əvvəl “Redaktə et” funksiyası vasitəsilə məlumatlarında istənilən düzəlişlər edilə bilər.
Elektron imzanı ləğv etmək və ya geri çəkmək mümkündürmü?
Xeyr, bir dəfə SİMA ilə imzalanmış sənədə tətbiq olunan rəqəmsal imzanı geri çəkmək mümkün deyil. Sənədin hüquqi qüvvəsini dayandırmaq üçün müqaviləyə xitam razılaşması imzalanmalıdır. Bu halda ilkin sənəd qüvvədən düşmüş hesab olunur. Xitam razılışmasını həmçinin odənişsiz şəkilində AnyDoc mobil tətbiqində yarada bilərsiniz.

Qeydiyyatdan keçin və faydalardan yararlanın!

Hüquqi sənədlərinizi asanlıqla imzalamaq və avtomatlaşdırmaq üçün indi qeydiyyatdan keçin.
img img

Bizimlə əlaqə

Sualınız var? Bizimlə əlaqə saxlamaq üçün bizə e-poçt göndərin və ya birbaşa mobil nömrəmiz vasitəsilə zəng edin. Komandamız sizə kömək etməyə hazırdır!