AnyDoc hesabının silinməsi
Bu səhifədə AnyDoc mobil tətbiqindəki (Google Play və App Store) hesabınızı və şəxsi məlumatlarınızı silə bilərsiniz. Bunun üçün tətbiqi quraşdırmaq lazım deyil.
Hesabı necə silmək olar
- Hesabınızın qeydiyyatda olduğu telefon nömrəsini daxil edin.
- Həmin nömrəyə SMS ilə göndərilən 4 rəqəmli kodu daxil edin.
- Silinməni təsdiqləyin. Hesab dərhal silinir.
Hesabı tətbiqdə də silə bilərsiniz: Daha çox → Profil → Hesabı sil.
Bu nömrə ilə AnyDoc hesabı tapılmadı. Silinəcək məlumat yoxdur.
Hesab silindi
AnyDoc hesabınız və şəxsi məlumatlarınız silindi. Artıq bu hesaba daxil olmaq mümkün deyil.
Nə silinir
- Hesab və profil: ad, soyad, ata adı, telefon nömrəsi, FİN, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi.
- Giriş məlumatları: PIN kod və aktiv sessiyalar.
- Cihaz məlumatları: cihaz identifikatorları, bildiriş (push) tokenləri və dil seçimi.
- Tətbiqdaxili bildirişlər.
Nə saxlanılır
- İmzalanmış müqavilələr — onlar müqavilənin digər tərəflərinin də hüquqi sənədləridir.
- Ödənişlər və alışlar haqqında qeydlər.
Bu məlumatlar silinmir və müddətsiz saxlanılır.
Başqa suallar
- AnyDoc Biznes kabinetinin hesabı bu səhifədə silinmir — bunun üçün [email protected] ünvanına yazın.
- Telefon nömrənizə girişiniz yoxdursa, [email protected] ünvanına yazın və ya +994 10 318 12 12 nömrəsinə zəng edin.